Çempionlar Liqasında “Bavariya” və “PSJ

Çempionlar Liqasında “Bavariya” və “PSJ" qalib gəldi

Hazırda oxunan: Çempionlar Liqasında “Bavariya” və “PSJ" qalib gəldi
181292
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları baş tutub.

Bizim.Media xəbər verir ki, keçirilən iki cavab görüşündən sonra ilk iki 1/4 finalçı müəyyənləşib.

İtaliyada “Latsio”ya 0:1 hesabı ilə uduzan “Bavariya” bunun əvəzini doğma Almaniyada çıxıb.

Münxen təmsilçisi Harri Keyn (38 və 66-cı dəqiqə) və Tomas Müllerin (45+2) qolları sayəsində 3:0 hesablı qələbə qazanıb.

Digər cütlükdə “PSJ” Fransada olduğu kimi (2:0), İspaniyada da “Real Sosyedad”ı məğlub edib - 2:1.

Parislilərin heyətində 15 və 56-cı dəqiqələrdə Kilian Mbappe fərqlənib. Qonaqlarda Mikel Merino 89-cu dəqiqədə təsəlli qolunun müəllifi olub.

Beləliklə, “Bavariya” və “PSJ” Çempionlar Liqasında dörddəbir finala adlayıblar.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO