Xabi Alonso

Xabi Alonso "Bavariya" ilə danışıqlar aparır?

Hazırda oxunan: Xabi Alonso "Bavariya" ilə danışıqlar aparır?

181281

"Bayer" baş məşqçisi Xabi Alonsonun "Bavariya" ilə danışıqlar apardığı barədə xəbərlərə münasibət bildirib.

Bizim.Media Almaniya mətbuatına istinadən xəbər verir ki. klub bu məlumatları təkzib edib.

Daha əvvəl Münhen təmsilçisinin transferlə bağlı ispaniyalı ilə anlaşdığı haqda məlumat yayılmışdı. Bu xəbər Leverkuzen klubunda hiddətə səbəb olub. Məsələ budur ki, Alonso “Liverpul”la danışıqlar apararkən klub rəhbərlərini məlumatlandırsa da, bu dəfə heç bir əlaqə barədə məlumat verilməyib.
"Bayer" bu gün məsələyə aydınlıq gətirib və tərəflərin danışıqlar aparmadığını açıqlayıb. 

Lakin xəbərdəbu da bildirilir ki, ispaniyalı mütəxəssis "Liverpul", "Real" və ya "Bavariya"ya keçməyə qərar verərsə, o zaman rəhbərlik məsələyə müdaxilə etməyəcək, yalnız təzminat istəyəcək. 

Qeyd edək ki, "Bayer" "Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibidir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO