Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatdı - FOTO

Hazırda oxunan: Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatdı - FOTO

179836

Fevral ayının 23-25-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində keçirilən yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb. 

Bizim.Media xəbər verir ki, turnirdə ölkənin şəhər və rayonların idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edib. 

Son yarış günündə 73, 81, 89, 96, 102 və +102 kq çəki dərəcələrində qaliblər müəyyən edilib. 

Müvafiq olaraq 73 kq çəki dərəcəsində toplam 237 kq (107+130) nəticə ilə Akif Abdullayev, 81 kq çəki dərəcəsində toplam 235 kq (108+127) nəticə ilə Nicat Babayev, 89 kq çəki dərəcəsində toplam 260 kq (120+140) nəticə ilə Hüseyn Heydərov, 96 kq çəki dərəcəsində toplam 252 kq (115+137) nəticə ilə Muhammədəli Məmmədzadə, 102 kq çəki dərəcəsində toplam 188 kq (83+105) nəticə ilə Sultan Sultanov və +102 kq çəki dərəcəsində toplam 210 kq (90+120) nəticə ilə Sadiq Əliquliyev qızıl medallara sahib çıxıblar.






Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO