Millətlər Liqası: Yığmamızın rəqibləri müəyyənləşir

Millətlər Liqası: Yığmamızın rəqibləri müəyyənləşir

Hazırda oxunan: Millətlər Liqası: Yığmamızın rəqibləri müəyyənləşir
177223
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasının 2024/2025 mövsümündəki rəqibləri bu gün bilinəcək. 

Bizim.Media xəbər verir ki, turnirin püşkü Fransanın paytaxtı Parisdə atılacaq.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq püşkatma mərasimində Azərbaycan yığması C Liqasının 2-ci səbətində yer alacaq. Millimiz həmin liqanın 1-ci, 3-cü və 4-cü səbətindəki komandalardan birinə rəqib olacaq. 

Qaydalara əsasən, Azərbaycan və Ermənistan yığmaları eyni qrupda yer ala bilməzlər.

A Liqası

1-ci səbət: İspaniya, Xorvatiya, İtaliya, Niderland
2-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan
3-cü səbət: İsveçrə, Almaniya, Polşa, Fransa
4-cü səbət: İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya

B Liqası

1-ci səbət: Avstriya, Çexiya, İngiltərə, Uels
2-ci səbət: Finlandiya, Ukrayna, İslandiya, Norveç
3-cü səbət: Sloveniya, İrlandiya, Albaniya, Monteneqro
4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan

C Liqası

1-ci səbət: Rumıniya, İsveç, Ermənistan, Lüksemburq
2-ci səbət: Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları
3-cü səbət: Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr
4-cü səbət: Belarus, Litva/Cəbəllütariq, Estoniya, Latviya

D Liqası

1-ci səbət: Litva/Cəbəllütariq, Moldova, Malta
2-ci səbət: Andorra, San Marino, Lixtenşteyn

Qeyd edək ki, Millətlər Liqasında 2024/2025 mövsümü sentyabrın 5-7-də keçiriləcək ilk turun oyunları ilə start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO