“Qarabağ”dan yeni REKORD

“Qarabağ”dan yeni REKORD

Hazırda oxunan: “Qarabağ”dan yeni REKORD

175610

"Qarabağ" Misli Premyer Liqasının 2023/24 mövsümündə 50-ci qolunu vurub.

Bizim.Media PFL-ə istinadən xəbər verir ki, bu, XX turun “Kəpəz”lə səfər matçına (2:1) təsadüf edib. 

Ağdam klubunun yubiley qoluna Toral Bayramov imza atıb. “Qarabağ” ölkə çempionatları tarixində 15-ci dəfə mövsüm ərzində 50 və ya daha çox qol vurub. Bu, yarışın yeni rekordudur.
Bölgə təmsilçisi 14 dəfə “50”yə çatan “Neftçi”ni arxada qoyub. Ümumilikdə isə çempionatın 32 illik tarixində 62-ci dəfə komandalardan biri buna nail olub. 

İndiyədək 17 klub belə məhsuldarlıq göstərib: “Qarabağ” – 15, “Neftçi” – 14, “Kəpəz” - 7, “Şamaxı” – 4, “Bakı”, “Turan”, “Şəmkir” – 3, “Karvan”, “Xəzər” S, “Xəzər Lənkəran” – 2, “Şüvəlan”, “Azəri”, “İnşaatçı” B, “Kürmük”, “Viləş”, “Sabah” və “Xəzri” – 1.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO