Gimnastlarımız Londonda 7 medal QAZANDILAR - FOTO

Gimnastlarımız Londonda 7 medal QAZANDILAR - FOTO

Hazırda oxunan: Gimnastlarımız Londonda 7 medal QAZANDILAR - FOTO

169868

Azərbaycan bədii gimnastları Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən “Winter Stars” beynəlxalq turnirində yeddi medal qazanıblar. 

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, “Ocaq Sport” Klubunu təmsil edən idmançılardan altısı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, biri isə ikinci yeri tutub. 

Nilay Quliyeva, Alsu Abdullayeva və Röya Alıkişiyeva topla hərəkətlərin icrasında hakimlərdən ən yüksək xalı alıblar. Evelin Yoşpa və Maya Kozaçuk halqa ilə hərəkətlərdə qızıl medala sahib çıxıblar. Gürzlə hərəkətlərdə isə M. Kozaçuk bütün rəqiblərini qabaqlayıb, R. Alıkişiyeva gümüş mükafatla kifayətlənib. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO