“Qalatasaray” Çempionlar Liqasında mübarizəni dayandırdı - DİGƏR NƏTİCƏLƏR

“Qalatasaray” Çempionlar Liqasında mübarizəni dayandırdı - DİGƏR NƏTİCƏLƏR

Hazırda oxunan: “Qalatasaray” Çempionlar Liqasında mübarizəni dayandırdı - DİGƏR NƏTİCƏLƏR
168745
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində sonuncu – VI tura start verilib.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə səkkiz qarşılaşma keçirilib.

A qrupunda bütün suallara bu turda aydınlıq gəlib. Türkiyə “Qalatasaray”ı Danimarkada “Kopenhagen”in, Almaniya “Bavariya”sı isə İngiltərədə “Mançester Yunayted”in qonağı olub.

Rəqibinə 0:1 hesabı ilə uduzan İstanbul təmsilçisi ÇL-də mübarizəni dayandırıb. Qrupu üçüncü pillədə tamamlayan "Cim-Bom" yoluna Avropa Liqasının pley-off mərhələsində davam edəcək. Evdə "Bavariya"ya eyni hesabla məğlub olan "Mançester Yunayted" isə avrokuboklarla vidalaşıb.

B qrupunda ilk iki pillənin sahibi bəlli olduğundan, əsas mübarizə Avropa Liqasına düşmək uğrunda gedirdi. Bu mənada, Fransada “Lans” və İspaniyanın “Sevilya” komandaları arasında görüş xüsusi önəm daşıyırdı. Bu matçda 2:1 hesablı qələbə qazanan meydan sahibləri qitənin ikinci dərəcəli klub turnirində oynamaq hüququ əldə ediblər.

C qrupunda 1/8 finala vəsiqəni daha əvvəl rəsmiləşdirən İspaniya “Real Madrid”i Almaniyada "Union"u üstələyib. İkinci yerin sahibi isə İtaliyada “Napoli” ilə Portuqaliya “Braqa”sı arasındakı matçda müəyyənləşib. Doğma meydanda 2:0 hesablı qələbəyə sevinən neapollullar qrup ikincisi kimi növbəti mərhələyə adlayıblar.
D qrupunda İtaliya “İnter”i evdə İspaniya “Real Sosyedad”ı ilə qolsuz heç-heçə edib. Bu qrupda da əsas mübarizə 3-cü yer uğrunda getdiyindən, Avropa Liqasına vəsiqənin sahibi Avstriyada “Zaltsburq”la Portuqaliya “Benfika”sı arasında keçirilən qarşılaşmada müəyyənləşib. Səfərdə meydan sahiblərinə 3:1 hesabı ilə məğlub edən qonaqlar Avropa Liqasına vəsiqə qazanıblar.

A qrupu

00:00. “Mançester Yunayted” (İngiltərə) – “Bavariya” (Almaniya) - 0:1

00:00. “Kopenhagen” (Danimarka) – “Qalatasaray” (Türkiyə) - 1:0

Xal durumu: “Bavariya” – 13, “Kopenhagen” – 8, “Qalatasaray” – 5, “Mançester Yunayted” - 4.

B qrupu

21:45. “Lans” (Fransa) – “Sevilya” (İspaniya) - 2:1

21:45. PSV (Niderland) – “Arsenal” (İngiltərə) - 1:1

Xal durumu: “Arsenal” – 13, PSV – 9, “Lans” – 8, “Sevilya” - 2.

C qrupu

00:00. “Napoli” (İtaliya) – “Braqa” (Portuqaliya) - 2:0

00:00. “Union” (Berlin, Almaniya) – “Real Madrid” (İspaniya) - 2:3

Xal durumu: “Real” – 18, “Napoli” – 10, “Braqa” – 4, “Union” - 2.

D qrupu

00:00. “İnter” (İtaliya) – “Real Sosyedad” (İspaniya) - 0:0

00:00. “Zaltsburq” (Avstriya) – “Benfika” (Portuqaliya) - 1:3

Xal durumu: “Real Sosyedad” – 12, “İnter” – 12, “Benfika” - 4, “Zaltsburq” – 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO