Rumıniya klubu “Neftçi”nin baş məşqçisi ilə MARAQLANIR

Rumıniya klubu “Neftçi”nin baş məşqçisi ilə MARAQLANIR

Hazırda oxunan: Rumıniya klubu “Neftçi”nin baş məşqçisi ilə MARAQLANIR

165901

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Rumıniya klublarının maraq dairəsində olmaqda davam edir. 

Bizim.Media xəbər verir ki, 44 yaşlı mütəxəssis daha bir komandanın maraq dairəsinə düşüb. 

Belə ki, ÇFR rumıniyalı çalışdırıcını baş məşqçi postuna ən real namizəd hesab edir. 

Komandanın son 5 görüşdə cəmi 1 qələbə qazanması hazırkı baş məşqçi Andrea Mandorlininin postunu laxladıb. Rəhbərlik qış fasiləsinə qədər onunla əməkdaşlığı davam etdirəcək. Lakin qışda artıq Mutu ilə danışıqlara başlanılacaq. 
ÇFR prezidenti Nelu Varqa hansı yolla olur-olsun, Mutunu vətəninə qaytarıb komandanın sükanı arxasına keçirməkdə israrlıdır.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO