“Neftçi” Mutuya görə cərimələndi

“Neftçi” Mutuya görə cərimələndi

Hazırda oxunan: “Neftçi” Mutuya görə cərimələndi
151228
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, bu gün baş tutan toplantıda aşağıdakı qərarlar qəbul edilib:

12.08.2023-cü il tarixində Misli Premyer Liqasının II turunun “Araz-Naxçıvan” – “Qəbələ” qarşılaşmasında “Qəbələ” klubunun futbolçusu Ülvi İsgəndərov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə edilir (maddə 40.2);
14.08.2023-cü il tarixində Misli Premyer Liqasının II turunun “Neftçi” – “Səbail” oyununda “Səbail” klubu 2-ci hissəyə gec çıxdığına görə 1500 manat cərimə edilir (maddə 60.4);

14.08.2023-cü il tarixində Misli Premyer Liqasının II turunun “Neftçi” – “Səbail” oyununda “Səbail” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail” klubu 700 manat cərimə edilir (maddə 37);

14.08.2023-cü il tarixində Misli Premyer Liqasının II turunun “Neftçi” – “Səbail” oyununda “Səbail” klubunun baş məşqçisinin köməkçisi Elmir Xankişiyev meydançaya kənar əşya atdığına görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3500 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin olunur (maddə 52.4; 32);

14.08.2023-cü il tarixində Misli Premyer Liqasının II turunun “Neftçi” – “Səbail” oyununda “Neftçi” klubunun baş məşqçisi Adrian Mutu “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Neftçi” klubu 500 manat cərimə edilir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO