Mutu: “Bosniyaya qələbə üçün gəlmişik”

Mutu: “Bosniyaya qələbə üçün gəlmişik”

Hazırda oxunan: Mutu: “Bosniyaya qələbə üçün gəlmişik”

148145

"Burada olmaqdan şadam. Bu, bizim üçün çox vacib matçdır. Biz yaxşı komanda ilə qarşılaşırıq".  

Bizim.Media xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Jelezniçar"a (Bosniya və Herseqovina) qarşı keçirəcəkləri ilk oyun haqda danışarkən deyib.  

O, görüşdən əvvəl təşkil olunan mətbuat konfransında bildirib:

"Jelezniçar"ın Minskin "Dinamo"su ilə qarşılaşmalarında gördüm ki, onlar çox çalışqandırlar və bir neçə maraqlı futbolçuları var. Əlbəttə, çətin matç olacaq. Amma vəziyyətdən asılı olmayaraq, qalib gələcəyimizə inanırıq. Bosniya və Herseqovinaya qələbə üçün gəlmişik.  

Təbii ki, qarşıda bizi çox iş gözləyir. Komandamızın yığcam və balanslı olması üçün daha bir neçə futbolçunun gəlməsini gözləyirik”. 

Mutu qeyd edib ki, komandasında təcrübəli oyunçular çoxdur:

"Bizim milli komandalarda çıxış edən və gözəl atmosferdə oynamağı bacaran oyunçularımız var. Bu həm şou üçün, həm də "Jelezniçar"la oyunlar üçün yaxşıdır. "Jelezniçar"a güclü azarkeş dəstəyi olacaq. Bununla belə, qorxmuruq və əlimizdən gələni edəcəyik".  

"Neftçi"nin futbolçusu Mateus Saldanya intizamsızlıq səbəbindən klubdan kənarlaşdırılıb və o, Serbiyanın “Partizan” klubuna keçib.

Mutu braziliyalı hücumçunun yoxluğunda ön xətdə problem yaşayacaqlarına inanmadığını vurğulayıb:  

“Saldanya artıq keçmişdə qalıb. Onun haqqında danışmağa ehtiyac yoxdur. Saldanyanın gedişindən sonra komandaya yeni hücumçu cəlb olunacaq. Hazırda danışıqlar gedir.

Saldanyanın gedişi komandamıza daha çox motivasiya verməlidir. O olmadan da, oyunlara köklənib, yolumuza davam etməliyik”.  

Qeyd edək ki, iyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO