Millimizin baş məşqçisi: “Dünya çempionatına medal qazanmaq üçün gedirik”

Millimizin baş məşqçisi: “Dünya çempionatına medal qazanmaq üçün gedirik”

Hazırda oxunan: Millimizin baş məşqçisi: “Dünya çempionatına medal qazanmaq üçün gedirik”

133261

“Çox yaxşı təlim-məşq toplanışları keçmişik. Hazırlıqlar boksçularımızın təcrübə toplaması, lazımı formanı yığması baxımından faydalı olub”. 

Bizim Media xəbər verir ki, bu sözləri Azərbaycan Boks Federasiyasının rəsmi saytına kişi boksçulardan ibarət milli komandanın baş məşqçisi Pedro Roke deyib. 

Təcrübəli mütəxəssis mayın 1-14-də Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına hazırlığı və şansları dəyərləndirib. Roke mundaila uğurlu çıxışa və bokssevərlərə sevinc bəxş edəcəklərinə inam ifadə edib:  

“Dünya çempionatına 13 boksçu ilə yollanırıq və onların hər biri medal qazana bilər. Amma hər yarışda 1-2 idmançı olur ki, daha çox şanslı hesab edilirlər. Təcrübəsinə, beynəlxalq turnirlərdəki nəticələrinə görə digərlərindən bir addım öndə olurlar. Ümid Rüstəmov, Alfonso Dominqes, Nəbi İsgəndərov, Sərxan Əliyev, Məhəmməd Abdullayev, Malik Həsənov yaxşı formadadırlar və düşünürəm ki, onlarla hər bir yarışda uğur qazana bilərik”. 

Baş məşqçi dünya çempionatının asan keçməyəcəyini də qeyd edib:  

“Mundialda Kuba, Özbəkistan, Qazaxıstan, Rusiya kimi güclü boks ənənələri olan ölkələr iştirak edəcəklər. Düzdür, ABŞ, İngiltərə və bir neçə komanda Daşkəndə gəlməyəcəklər. Amma digər ölkələrdə bəzi çəkilərdə çox güclü boksçular var. Azərbaycan komandası da çox güclü heyətə malikdir. Dünya çempionatının adı üstündədir və gərgin mübarizə gedəcək. Biz də Daşkəndə medal ümidləri ilə gedirik”. 
Qeyd edək ki, dünya çempionatında Azərbaycanı Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) təmsil edəcəklər. Daşkəndə bu gün yollanacaq komanda mayın 15-də Bakıya qayıdacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO