Cüdoçularımız Avropa Kubokunu 6 medalla başa vurdu – FOTO  

Cüdoçularımız Avropa Kubokunu 6 medalla başa vurdu – FOTO  

Hazırda oxunan: Cüdoçularımız Avropa Kubokunu 6 medalla başa vurdu – FOTO  
131181
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polşanın Poznan şəhərində 15-16 aprel tarixlərində keçirilən gənclər arasında Avropa Kuboku turnirində cüdoçularımız ümumilikdə 1 gümüş və 5 bürünc medala sahib olub. 

Bizim.Media xəbər verir ki, turnirin ilk günü 5 çəki dərəcəsində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.  

Oğlanların yarışında -66 kq. çəkidə Aydın Rzayev bürünc medal əldə edib. -73 kq. çəkidə Qadir Hüseynov gümüş medal, Süleyman Əliyev bürünc medal qazanıb. -60 kq. çəkidə Nizami İmranov və -66 kq. çəkidə Nicat Nağıyev yarışı 5-ci yerdə başa vurub.  
Qızların yarışında -78 kq. çəkidə Nərmin Əmirli bürünc medala sahib olub. +78 kq. çəkidə Nigar Süleymanova isə yarışı 7-ci yerdə tamamlayıb.  

Yarışın ikinci günündə oğlanların mübarizəsində -90 kq. çəkidə İsmayıl Zamanov və +100 kq. çəkidə Kənan Nəsibov bürünc medal qazanıb. -81 kq. çəkidə Ömər Rəcəbli və -90 kq. çəkidə Əjdər Bağırov yarışı 5-ci yerdə tamamlayıb. Qızların mübarizəsində isə -48 kq. Leyla Dəmirova yarışı 5-ci yerdə başa vurub. 

Cüdoçularımız Avropa Kubokunu 6 medalla başa vurdu – FOTO   - foto 1
Cüdoçularımız Avropa Kubokunu 6 medalla başa vurdu – FOTO   - foto 2
Cüdoçularımız Avropa Kubokunu 6 medalla başa vurdu – FOTO   - foto 3
Cüdoçularımız Avropa Kubokunu 6 medalla başa vurdu – FOTO   - foto 4
Cüdoçularımız Avropa Kubokunu 6 medalla başa vurdu – FOTO   - foto 5

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO