Xavi Messinin mümkün qayıdışından DANIŞDI 

Xavi Messinin mümkün qayıdışından DANIŞDI 

Hazırda oxunan: Xavi Messinin mümkün qayıdışından DANIŞDI 

128332

"Barselona"nın baş məşqçisi Xavi Ernandes PSJ-nin futbolçusu Lionel Messinin komandaya qayıdacağı haqda yayılan xəbərlərə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə "Sport.es"ə açıqlamasında bildirib. 

"İndi Leonun qayıtması ilə bağlı danışmaq üçün uyğun zaman deyil. Ancaq onun yenidən "Barselona"da olması naminə hər şey edəcəyəm. Messi ilə tez-tez danışırıq. Lakin indi bunu  müzakirə etməyi uyğun saymıram. İstəyirəm ki, o, qayıtsın və bizə kömək etsin. Leo futbol tarixinin ən yaxşı oyunçusudur", - deyə Xavi qeyd edib. 
Qeyd edək ki, 2021-ci ildə azad agent kimi PSJ-yə keçən argentinalı hücumçu Paris klubu ilə müqaviləsi bu ilin iyununda başa çatır. Onun PSJ ilə müqaviləni yeniləməyəcəyi və "Barselona"ya qayıdacağı ilə bağlı xəbərlər yayılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO