Ançelottidən Mbappe açıqlaması

Ançelottidən Mbappe açıqlaması

Hazırda oxunan: Ançelottidən Mbappe açıqlaması

124906

"Real"ın baş məşqçisi Karlo Ançelotti PSJ-nin hücumçusu Kilian Mbappeni transfer edəcəkləri barədə yayılan məlumatlara münasibət bildirib.

Bizim.Media "Marca"ya istinadən xəbər verir ki, mütəxəssis deyib:

“Kilian Mbappenin transferi? Bu sualı mənə bu gün, 3 gündən sonra, 2 aydan sonra da verə bilərsiniz... Amma mən buna heç vaxt cavab verməyəcəyəm".

Mbappenin "Real"a mümkün keçidi ilə bağlı söz-söhbətlər hücumçunun PSJ ilə birlikdə Çempionlar Liqasının hazırkı mövsümündə 1/8 finalda "Bavariya"ya məğlub olmasından (0:1, 0:2) sonra ortaya çıxıb.

Paris klubundakı gələcəyini şərh edən fransız, komandanın Liqa 1-də çempion olmasına kömək etmək istədiyini deyib, lakin gələcəkdə harasa transfer olunacağını istisna etməyib. O, 2017-ci ildən PSJ-də oynayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO