"Murov" və "Xarı Bülbül" yenə qələbə qazandı - FOTO 

Hazırda oxunan: "Murov" və "Xarı Bülbül" yenə qələbə qazandı - FOTO 
124690
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.

Bizim.Media xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan XI turun ilk matçı “Murov” və MOİK komandaları arasında baş tutub.

Keçirdiyi bütün görüşlərdə qalib gələn “Murov” bu matçda da qələbəyə sevinib. Fərid Cəlalovun komandası rəqibini 3:0 hesabı ilə məğlub edib və aktivinə daha 3 xal yazdırıb.

Turun son matçı isə “Xarı bülbül” və “Neftçi” klubları arasında olub. Tay-brekə kimi davam edən qarşılaşmada ilk iki hissəni 25:23 və 25:23 hesabı ilə aktivinə yazan Pərviz Səmədovun komandası uğurlu çıxışını sonadək davam etdirə bilməyib.
“Xarı bülbül” əzmkar oyun sayəsində növbəti 3 hissəni öz xeyrinə başa vuraraq meydandan qalib ayrılıb - 3:2 (23:25, 23:25, 25:20, 25:16, 15:12).

Beləliklə, XI turdan sonra Azərbaycan Yüksək Liqasında “Murov” 32 xalla turnir cədvəlində birincidir. 20 xala malik “Xarı bülbül” ikinci, 13 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

XI tur “Murov” - MOİK 3:0 (25:16, 25:14, 25:16)

“Xarı bülbül” - “Neftçi” 3:2 (23:25, 23:25, 25:20, 25:16, 15:12)

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO