Millinin baş məşqçisi Levandovskinin zəngindən sonra istefaya göndərilib

Millinin baş məşqçisi Levandovskinin zəngindən sonra istefaya göndərilib

Hazırda oxunan: Millinin baş məşqçisi Levandovskinin zəngindən sonra istefaya göndərilib
111139
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polşa millisinin kapitanı Robert Levandovski yığmanın çalışdırıcısı Çeslav Mixneviçin istefaya göndərilməsinə təsir edib. 

Bizim.Media  "Radio ZET"ə istinadən xəbər verir ki, hələ DÇ-2022 bitməmiş Levandovski Polşa Futbol İttifaqının prezidenti Çezariy Kuleşaya zəng edib və oyunçuların mövqeyini bildirib.

Qeyd edib ki, komanda üzvləri Mixneviçlə davam etməyin əleyhinədir. 

Hətta bir çox aparıcı futbolçu polşalı mütəxəssisin komandadan ayrılmayacağı halda millidəki karyerasını başa vuracağı ilə federasiyanı hədələyib. 

Qeyd edək ki, Mixneviç bu ilin yanvar ayından Polşa millisini çalışdırırdı. O,  2022-ci il dekabrın 31-də vəzifəsini rəsmən tərk edəcək. Polşa millisi DÇ-2022-nin 1/8 finalda Fransaya 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO