Çempionlar Liqasında 1/8 finala 3 komanda vəsiqə qazandı – FOTO

Çempionlar Liqasında 1/8 finala 3 komanda vəsiqə qazandı – FOTO

Hazırda oxunan: Çempionlar Liqasında 1/8 finala 3 komanda vəsiqə qazandı – FOTO
101167
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha altı oyunu keçirilib. Nəticədə səkkizdəbir finala vəsiqə qazanan növbəti üç komandanın adı bəlli olub.

Bizim.Media xəbər verir ki, E qrupunda Zaqreb "Dinamo"su Xorvatiyada İtaliya "Milan"ını qəbul edib. Ev sahibləri 0:4 hesabı ilə məğlub olub.

F qrupunda Almaniyanın "Leyptsiq" komandası İspaniya "Real Madrid"inə 3:1 hesabı ilə qalib gəlib. Digər matçda isə Ukraynanın "Şaxtyor" (Donetsk) komandası Şotlandiyada "Seltik"lə heç-heçə edib - 1:1.

G qrupunda Dortmund "Borussiya"sı İngiltərənin "Mançester Siti" klubu ilə qolsuz heç-heçə edərək, adını pley-offa yazdırıb.

H qrupunda isə Fransanın “PSJ” klubu evdə İsrailin "Makkabi" (Hayfa) komandasını 7:2 hesabı ilə darmadağın edib. Portuqaliya "Benfika"sı isə İtaliya "Yuventus"una 4:3 hesabı ilə qalib gəlib. Bununla da “PSJ” və "Benfika" komandaları növbəti mərhələyə adlayıblar.

E qrupu

"Zaltsburq" (Avstriya) - "Çelsi" (İngiltərə) - 1:2

Qollar: Çikvubuyke Adamu, 49 - Mateo Kovaçiç, 23. Kay Haverts, 64

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Milan" (İtaliya) - 0:4

Qollar: Matteo Qabbiya, 39. Rafael Leao, 50. Olivye Jiru, 59 (penalti). Robert Lyubiçiç, 69 (avtoqol)

Xal durumu: "Çelsi" - 10, "Milan" - 7, "Zaltsburq" - 6, "Dinamo" - 4

F qrupu

"Seltik" (Şotlandiya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:1

Qollar: Giorqos Giakumakis, 34 - Mixail Mudrik, 58

"Leyptsiq" (Almaniya) - "Real Madrid" (İspaniya) - 3:2

Qollar: Yoşko Qvardiol, 13. Kristofer Nkunku, 18. Timo Verner, 81 - Vinisius Junior, 44. Rodriqo, 90+3 (penalti)

Xal durumu: "Real Madrid" - 10, "Leyptsiq" - 9, "Şaxtyor" - 6, "Seltik" - 2

G qrupu

"Sevilya" (İspaniya) - "Kopenhagen" (Danimarka) - 3:0

Qol: Yussef En-Neseri, 61. İsko, 88. Qonsalo Montiel, 90+2

"Borussiya" (Dortmund, Almaniya) - "Mançester Siti" (İngiltərə) - 0:0

Xal durumu: "Mançester Siti" - 11, "Borussiya" - 8, "Sevilya" - 5, "Kopenhagen" - 2

H qrupu

PSJ (Fransa) - "Makkabi" (Hayfa, İsrail) - 7:2

Qollar: Lionel Messi, 19; 45. Kilian Mbappe, 32; 64. Neymar, 35. Şon Qoldberq, 67 (avtoqol). Karlos Soler - Abdulaye Sek, 38; 50

"Benfika" (Portuqaliya) - "Yuventus" (İtaliya) - 4:3

Qollar: Antoniu Silva, 17. Joau Mariu, 28 (penalti). Rafa Silva, 35; 50 - Moyze Kin, 21. Arkadiuş Milik, 77. Ueston Makkenni, 79

Xal durumu: PSJ - 11, "Benfika" - 11, "Yuventus" - 3, "Makkabi" - 3.

Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bavariya", İspaniyanın "Real Madrid", İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları pley-off vəsiqəni təmin ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO