Sənədsiz evlərə necə çıxarış almaq olar? – VİDEO

Sənədsiz evlərə necə çıxarış almaq olar? – VİDEO

Hazırda oxunan: Sənədsiz evlərə necə çıxarış almaq olar? – VİDEO

641712

Qeyri-rəsmi məlumata görə, təkcə Bakı və Abşeronda çıxarışsız evlərin və digər daşınmaz əmlakların sayı 500 minə yaxındır.

Bizim.Media “Xəzər TV”yə istinadən xəbər verir ki, belə əmlakların sənədləşdirilməsi problemi hələ də qalır. İllərlə yaşadığı evə çıxarış ala bilməyən vətəndaşlar var.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, səbəblərdən biri vaxtilə verilən sənədlərin arxivdə təsdiqini tapmamasıdır.

Ekspertin sözlərinə görə, çıxarışın olmaması bütün evlərin sənədləşdirilməsinin mümkünsüz olduğu demək deyil. Köhnə texniki pasport, digər sənədlər müəyyən şərtlərlə qeydiyyat üçün əsas ola bilər. Ancaq sənədin nə vaxt və hansı qurum tərəfindən verildiyi, tələb olunan hallarda arxivdə əsasının olub-olmadığı da yoxlanılmalıdır.
 

Ekspert bildirib ki, vətəndaş əlindəki sənədlərlə əmlakın qeydiyyatını aparan quruma rəsmi müraciət etməlidir.


Amma ünvan qeydiyyatı və kommunal xidmətlərin şəxsin adına olması təkbaşına mülkiyyət hüququ yaratmır. İmtina ilə razılaşmayan vətəndaş məhkəməyə müraciət edə bilər.

Daha ətraflı videoda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO