"Telegram" hesabları bu üsulla ələ keçirilir - XƏBƏRDARLIQ/VİDEO 

Hazırda oxunan: "Telegram" hesabları bu üsulla ələ keçirilir - XƏBƏRDARLIQ/VİDEO 
186614
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son vaxtlar teleqram hesablarının oğurlanması kütləvi hal alıb.

Bizim.Media xezerxeber.az-a istinadən xəbər verir ki, İKT mütəxəssisi Elvin Abbasov deyir ki "Telegram" hesablarının oğurlanması daha çox fişinq hücumları vasitəsilə həyata keçirilir.

Vətəndaşlara saxta keçidlər göndərilir. Həmin keçidə daxil olduqda istifadəçilərdən mobil nömrələrini daxil etmələri tələb olunur. Daha sonra təsdiqləmə kodu göndərilir ki, bu şifrəni daxil etdikdə şəxsin hesabı və yazışmaları ələ keçirilir. Mütəxəssis bildirib ki, dələduzlar teleqram hesablarını ələ keçirəndən sonra ondan müxtəlif məqsədlər üçün istifadə etməyə çalışırlar.

Elvin Abbasov deyir ki, heç kəs özünün sosial şəbəkə hesabının kiməsə lazım olmadığını düşünməməlidir. Onun sözlərinə görə, kiberdələduzların toruna düşməmək üçün şəxsi səhifələr ən güclü şəkildə qorunmalıdır.   
Elektron Təhlükəsizlik Xidməti də teleqram hesablarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, hazırda vətəndaşların teleqram hesablarının ələ keçirilməsi halı müşahidə olunur.

Məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır. Vətəndaşlara teleqram hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirmək tövsiyə olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO