Samuxda su basan ərazilər təmizlənir - VİDEO

Hazırda oxunan: Samuxda su basan ərazilər təmizlənir - VİDEO

183749

İntensiv yağan yağışlar nəticəsində Samux rayonunun Köbər kəndində bir sıra əraziləri su basıb.  

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, nazirliyin "112" qaynar telefon xəttinə subasma ilə bağlı məlumat daxil olan kimi FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda FHN-in qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər təxirəsalınmaz tədbirlər, o cümlədən yağış sularının fərdi yaşayış evlərinə dolmaması üçün müvafiq tədbirlər həyata keçirilir.
 







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO