Kiyev səmasında 20 İran dronu vurulub - FOTO/VİDEO

Hazırda oxunan: Kiyev səmasında 20 İran dronu vurulub - FOTO/VİDEO

154473

Bu gecə Kiyev səmasında 20 İran dronu vurulub.

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri Telegram kanalları yayıb.

Mənbə yazır ki, hücum nəticəsində avtomobillərə, trolleybusların elektrik xətlərinə, yol örtüyünə ziyan dəyib.

“Dronlar qrup halında və müxtəlif istiqamətlərdə paytaxta daxil olub. Hava Hücumundan Müdafiə Qüvvələri düşmənin 20-dən çox pilotsuz təyyarəsini vurmağa müvəffəq olub, dəqiq sayı və növü Hərbi Hava Qüvvələri tərəfindən açıqlanacaq”, - şəhər administrasiyasının bəyanatında deyilir.
Eyni zamanda Ukraynanın Jitomir, Çerkassı, Dnepropetrovsk, Poltava, Kiyev, Sumı və Çerniqov vilayətlərində də hava hücumu xəbərdarlığı verilib.
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO