Direktorun şagirdinə təcavüzü İsmayıllını ayağa qaldırdı  ”“ Şok video

Direktorun şagirdinə təcavüzü İsmayıllını ayağa qaldırdı ”“ Şok video

Hazırda oxunan: Direktorun şagirdinə təcavüzü İsmayıllını ayağa qaldırdı ”“ Şok video
50311
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsmayıllı rayonunun Kürdmaşı kəndində baş verən təcavüzlə bağlı sakinlərin direktorun həbsini tələb etmək üçün məktəbin önünə yığışmalarını əks etdirən video Axar.az-a təqdim edilib.

 

Video-yazıdan da göründüyü kimi, əhali Kürdmaşı kəndində yerləşən qaçqın məktəbinin direktoru, 56 yaşlı Zahid Namazovun azyaşlı A.-ya təcavüz etdiyindən hiddətlərini bildirir və onun dərhal həbsini, kənddən qovulmasını tələb edirlər.

 

Maraqlıdır ki, ötənlərdə A.-nın anası T.A.-nın İsmayıllı Rayon Polis İdarəsində şikayətçi olmadığı barədə ərizəsinin olduğu bildirilsə də, kənd camaatının içində həvəskar kameraya danışan ana da Zahid Namazovun həbsini tələb edir.

 

Əhali bu narazılığını dünən ”“ 20 iyulda bildirib. Kənd sakinlərinə deyilib ki, rayon icra başçısı və rayon prokuroru bu gün onlarla görüşmək üçün Kürdmaşı kəndinə gələcək.

 

Nə baş verib?

 

İsmayıllı rayonunun Kürdmaşı kəndində qaçqın məktəbinin direktoru Zahid Namazov azyaşlı qıza təcavüz edib. Kənd sakinlərinin qəzəbinə səbəb olan hadisənin üstü isə bir neçə gün öncə açılıb.

 

A. adlı qız evdən yoxa çıxıb. Göyçay rayon Qarayazı kəndindən bir oğlana ərə verilən qızın öz qız toyundan sonra yoxa çıxması ailənin narahatlığına səbəb olub. Anası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət edib. Qız yoxa çıxandan 3 gün sonra tapılıb və məlum oldu ki, onu məktəb direktoru aparıbmış.

 

Sakinlərin sözlərinə görə, 56 yaşlı Zahid Namazov İsmayıllı rayon Kürdmaşı kəndi yaxınlığında qaçqınların məskunlaşdığı 15-20 evdən ibarət "Göbələk" adlanan yaşayış massivində yaşayır. Ağdam qaçqını olan direktorla hazırda 18 yaşı olan A.-nın 3 ildən çoxdur ki, münasibət varmış.

 

Qız polisdə Zahid Namazovun ona atalıq etdiyini və nişanlandığı oğlanla ailə həyatı qurmaq istəmədiyi üçün onun evdən qaçmasına kömək göstərdiyini, izdivac pozulduqdan sonra isə evə qayıtdığını bildirib.

 

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən rəsmi açıqlamada da Z.Namazovun A.-ya atalıq etdiyi barədə İsmayıllı Rayon Polis Şöbəsində izahatlar alındığı bildirilirdi.

 

Kənd sakinləri isə azyaşlı qıza təcavüz edən 56 yaşlı məktəb direktorunun kənddən qovulmasını və həbsini tələb edir.

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO