Ermənilər Goranboyu atəşə tutur -  SON DƏQİQƏ

Ermənilər Goranboyu atəşə tutur - SON DƏQİQƏ

Hazırda oxunan: Ermənilər Goranboyu atəşə tutur - SON DƏQİQƏ

130722
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir.

Düşmən tərəfi atəşkəs razılaşmasını pozaraq dünən axşam saatlarından başlayaraq Goranboy rayonunun Tapqaraqoyunlu kəndini intensiv atəşə tutur.

Kəndin icra nümayəndəsi Abbas Allahverdiyev AzVision.az-a bildirib ki, ermənilərin açdığı atəş nəticəsində yaşayış evlərinə ziyan dəyib.

“Tapqaraqoyunlu dünən axşam saatlarından başlayaraq erməni silahlıları tərəfindən atəşə məruz qalıb. Evlərə ziyan dəyib, sakinlər arasında xəsarət alan yoxdur. Hazırda ərazidə Fövqəladə Hallar Komissiyası araşdırma aparır, kəndə dəyən ziyan hesablanır.

Düşmən bu dəqiqələrdə də minomyotlarla atəş açır. Sakinlər arasında panika, təşviş yaşanmır”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO