Tramp indi də özünü superqəhrəman etdi - VİDEO

Tramp indi də özünü superqəhrəman etdi - VİDEO

Hazırda oxunan: Tramp indi də özünü superqəhrəman etdi - VİDEO

635331

Ağ Ev ABŞ Prezidenti Donald Trampın “DC Comics” kainatının superqəhrəmanı — Yaşıl Fənər obrazında təqdim olunduğu video yayımlayıb.

Bizim.Media xəbər verir ki, video Ağ Evin “X” sosial şəbəkəsində paylaşılıb.

Süni intellekt vasitəsilə yaradılan yeni kadrlarda Tramp miqrant axınının qarşısını almaq üçün nəhəng yaşıl divar inşa edir, daha sonra sənaye kompleksi yaradır və hərbi gəmilər və təyyarələrin fonunda poza verir.
 

Videoda Yaşıl Fənərlər Korpusunun andı səsləndirilir: “Gecənin qaranlığında, gündüzün işığında şər məndən gizlənə bilməz. Qəlbində pis düşüncələr olanlar, Fənərin işığından qorxun”


Qeyd edək ki, “Yaşıl Fənərlər Korpusu” (Green Lantern Corps) “DC Comics” kainatında qalaktikalararası nizamı qoruyan superqəhrəmanlar təşkilatıdır. Korpusun üzvləri müxtəlif planetlərdən seçilən yaşıl fənərlərdir. Onlara güc verən əsas vasitə isə yaşıl güc üzüyüdür (Power Ring).



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO