Xaricdə yaşayan azərbaycanlı din xadimləri İlahiyyat İnstitutunda – FOTO

Xaricdə yaşayan azərbaycanlı din xadimləri İlahiyyat İnstitutunda – FOTO

Hazırda oxunan: Xaricdə yaşayan azərbaycanlı din xadimləri İlahiyyat İnstitutunda – FOTO

635321

“Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində xaricdə yaşayan azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti ilə Azərbaycan İlahiyyat İnstitutunda görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov, Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov və Azərbaycan İlahiyyat İnstitutunun elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov çıxış edərək qonaqları salamlayıb, şəhidlərin ruhunu yad ediblər.
 

Açılış nitqi ilə çıxış edən Aqil Şirinovun sözlərinə görə, 2020-ci ildə Azərbaycan Ordusu son 200 ilin ən şanlı Qələbəsini qazandı. O, 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün bərpa edildiyini bildirib.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Qarabağda qazanılan Zəfərin bütün dünya azərbaycanlılarının qələbəsi olduğunu vurğulayıb və görüşün məqsədinin xaricdə yaşayan din xadimlərinin Azərbaycanın dini-mənəvi mühitini yaxından görməsi olduğunu deyib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov isə qeyd edib ki, yenidənqurma işlərindən sonra Qarabağı qarış-qarış gəzdikdə bu torpaqların əsl sahibinin kim olduğunun aydın görünür.

Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov isə Azərbaycan Ordusunun Qələbəsi ilə Qarabağ üzərindəki “qara buludların” dağıldığını bildirib.

Mirniyaz Mürsəlov iştirakçıları Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış edib. O bildirib ki, institut Prezident İlham Əliyevin 2018-ci il sərəncamı ilə yaradılıb və burada bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil həyata keçirilir.
 

M.Mürsəlov qeyd edib ki, institutda müxtəlif təqaüd proqramları da mövcuddur. Bunlar arasında Ümummilli Lider adına, Qafqaz Müsəlmanları İdarəsinin təsis etdiyi Şeyxülislam adına, həmçinin Akademik Vasim Məmmədəliyev adına təqaüdlər də var.


O əlavə edib ki, institutun 40-a yaxın ölkə ilə memorandumları mövcuddur və bu əməkdaşlıqlar çərçivəsində tələbələr xarici ölkələrdə təhsil ala bilirlər. Sonda şəhid valideynlərinə söz verilib və Qələbəyə həsr olunan videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, xaricdə yaşayan azərbaycanlı din xadimlərinin ölkəmizə səfəri sentyabrın 10-dək davam edəcək.


























Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO