Metroda xətlərin ayrılmasından sonra avtobusla sərnişindaşımalar nə qədər artıb? – RƏSMİ AÇIQLAMA

Metroda xətlərin ayrılmasından sonra avtobusla sərnişindaşımalar nə qədər artıb? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Metroda xətlərin ayrılmasından sonra avtobusla sərnişindaşımalar nə qədər artıb? – RƏSMİ AÇIQLAMA

635279

Bakı metrosunda xətlərin ayrılması layihəsindən sonra yerüstü nəqliyyatda daşınan sərnişinlərin sayı  200 000 nəfər artıb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.

"Bakı metropolitenində xətlərin ayrılması layihəsinə başlanıldığı üçün alternativ daşımaların təmin edilməsi məqsədilə 7 ekspres marşrutu təşkil edilib. Bundan savayı 28 müntəzəm marşrut xətti əlavə avtobuslarla gücləndirilib. Hazırda metro xətlərinin ayrılma layihəsi başlandığı andan əlavə 150 avtobus Bakı şəhərində bu 34 marşrutu gücləndirib. 34 gücləndirilmiş marşrutla ümumillikdə gün ərzində 520 000 sərnişin daşınır. Bu da layihənin icrasından öncəki vəziyyətlə müqayisədə gündəlik 200 000-ə yaxın əlavə sərnişin deməkdir".

Verilən açıqlamada vurğulanıb ki, yaxın zamanda 150 yeni avtobus istismara veriləcək:

"Qeyd edək ki, təhlillər davam edir və real vaxt rejimində lazımi qərarlar qəbul olunur, təkmilləşmələr aparılır. M6 ekspes marşrutu uzadıldı, yeni M7 marşrutu istifadəyə verildi, 2 marşruta (M1 və M2) ikinci validatorlar quraşdırılaraq orta qapıdan daxil olma imkanı yaradıldı, tələbat olan dayanacaqlarda genişləndirilmə işləri aparılır. Vacib məqam isə – 150 avtobus hazır vəziyyətə gətirilərək tezliklə istismara veriləcək".

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO