Xırdalanda çoxmərtəbəli binada mənzillərin birinin eyvanının şüşəsi qoparaq küçədən keçən qadının başına düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Baku.ws məlumat yayıb.
Qadının xəsarət aldığı bildirilir.
Hadisə ilə bağlı TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 14:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1978-ci il təvəllüdlü şəxsə (qadın) yerində tibbi xidmət göstərilib.
Bizim.Media

































































































