Agentlik sədri: “İnnovasiya, sahibkarlıq və universitetləri bir araya gətirəcəyik”

Agentlik sədri: “İnnovasiya, sahibkarlıq və universitetləri bir araya gətirəcəyik”

Hazırda oxunan: Agentlik sədri: “İnnovasiya, sahibkarlıq və universitetləri bir araya gətirəcəyik”

635285

“Son dövrlər real sənaye işəgötürənləri ilə universitetlər arasındakı əlaqələrin dərinləşməsinə çalışırıq”.

Bizim.Media xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttarova ADNSU-da “Bərpa olunan enerji” laboratoriyasının açılış mərasimində çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, həmişə kadrların hazırlanmasında sənaye şirkətlərinin iştirakından danışılıb, amma konkret olaraq nədən bəhs edildiyi aydın olmayıb: 

"Bu layihədə isə biz bütün halqaların zəncirvari şəkildə öz yerinə oturduğunu görürük. Laboratoriyaların qurulması, metodik vəsaitlərin hazırlanması, vorkşopların keçirilməsi – bunların hamısının bir zəncir şəklində formalaşması vacibdir. Azərbaycanda belə nümunələr çox azdır. Bunun üzərində işləyirik. Biz innovasiyanın, sahibkarlığın və ali təhsil müəssisələrinin bir araya gəldiyini görəcəyik. Yaxın zamanda bununla bağlı xəbərlərimiz olacaq".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO