
- A-
- A
- A+
Region
20:10 / 07.09.2026
Türkiyədə azərbaycanlı motosikletçi faciəvi şəkildə həlak oldu
Hazırda oxunan: Türkiyədə azərbaycanlı motosikletçi faciəvi şəkildə həlak oldu
635328
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Türkiyənin Bodrum şəhərində Azərbaycan vətəndaşı yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, motosiklet idarə edən 1988-ci il təvəllüdlü azərbaycanlı İbrahim Şükürov betonqarışdıran maşının altında qalıb.
Qəza nəticəsində Şükürov ağır xəsarətlər alıb. Əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunublar. Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılan Şükürov həkimlərin bütün səylərinə baxmayaraq, həyatını itirib.
Betonqarışdıran maşının sürücüsü polis tərəfindən saxlanılıb. Qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır. (oxu.az)
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































