Azərbaycanın U-17 millisi Moldova yığmasına uduzdu

Azərbaycanın U-17 millisi Moldova yığmasına uduzdu

Hazırda oxunan: Azərbaycanın U-17 millisi Moldova yığmasına uduzdu

635327

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın U-17 yığması ilə beynəlxalq yoldaşlıq turniri çərçivəsində ilk oyununu keçirib.

Bizim.Media xəbər verir ki, AFFA-dan verilən məlumata görə, Kişineu şəhərində yerləşən “Technical Center of FAM”da keçirilən qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi turnir çərçivəsində daha iki oyun keçirəcək.

Komanda sentyabrın 9-u Bakı vaxtı ilə saat 14:30-da Moldovanı U-18, sentyabrın 11-i isə eyni saatda Latviyanı U-17 seçməsi ilə qarşılaşacaq. Hər iki oyun Kişineu şəhərində yerləşən “Technical Center of FAM”da keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO