Cəlilabadda ağac avtomobilin üzərinə aşdı - FOTO/VİDEO

Cəlilabadda ağac avtomobilin üzərinə aşdı - FOTO/VİDEO

Hazırda oxunan: Cəlilabadda ağac avtomobilin üzərinə aşdı - FOTO/VİDEO

635313

Cəlilabad rayonunda güclü külək nəticəsində iri gövdəli ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib.
 

Ağac 77-BQ-470 dövlət nömrə nişanlı “Ford Transit” markalı avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, avtomobilə ciddi ziyan dəyib.


Magistral yolun digər istiqamətində də ağacların aşması nəticəsində nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Hazırda aşan ağacların yoldan götürülməsi və hərəkətin bərpası istiqamətində işlər görülür.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO