Zelenski Rusiyanın danışıqlara hazır olduğunu AÇIQLADI

Zelenski Rusiyanın danışıqlara hazır olduğunu AÇIQLADI

Hazırda oxunan: Zelenski Rusiyanın danışıqlara hazır olduğunu AÇIQLADI

635347

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ nümayəndələrindən “rusların danışıqlara hazır olduğu” barədə mesaj aldığını bildirib.

Bizim.Media xəbər verir ki, o, bunu “Axios” nəşrinə müsahibəsində deyib.
 

Zelenskinin sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin Moskvaya səfərindən sonra Rusiya Prezidenti Vladimir Putin danışıqların irəliləməsi ilə bağlı ideyaları müzakirə etməyə hazırdır.


Bununla yanaşı, Zelenski Rusiyanın kompromisə hazır olduğunu nümayiş etdirmədiyini düşünür. O vurğulayıb ki, Ukrayna artıq bütün mümkün kompromislərə gedib.

Bundan əlavə, Zelenski bildirib ki, istənilən diplomatik proses üçün Ukraynaya təhlükəsizlik zəmanətləri və iqtisadi dəstək paketi lazım olacaq.

Müsahibəsində Zelenski həmçinin Ukraynanın diplomatik prosesin bərpası üçün sentyabr və oktyabr aylarından istifadə etmək istədiyini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO