Güclü külək Lənkəranda bir sıra fəsadlara səbəb oldu - FOTO

Güclü külək Lənkəranda bir sıra fəsadlara səbəb oldu - FOTO

Hazırda oxunan: Güclü külək Lənkəranda bir sıra fəsadlara səbəb oldu - FOTO

635366

Lənkəranda yağış və ildırımla müşayiət olunan güclü külək bir sıra fəsadlara səbəb olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hava şəraitinin kəskin dəyişməsi nəticəsində şəhərin əksər küçələrində, eləcə də kəndlərdə iri gövdəli ağaclar aşıb.

Ağacların bir qismi elektrik xətlərinin üzərinə düşərək naqilləri qırıb və bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
 

Şəhidlər Xiyabanı küçəsində iri gövdəli ağac vətəndaşa məxsus hasarın və qaz borusunun üzərinə aşıb. Hadisə nəticəsində qaz borusu və sayğac sıradan çıxıb.


Şəhərin Kiçik Bazar adlanan ərazisində isə ağac hərəkətdə olan Ehtiram Fərəcova məxsus “Chevrolet Cruze” markalı avtomobilin üzərinə düşüb. Nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumların əməkdaşları ərazilərə cəlb olunub. Bəzi küçələrdə aşmış ağaclar xüsusi texnikanın köməyi ilə kəsilərək yol kənarına çəkilib.

Hazırda elektrik enerjisinin verilişində fasilə yaranan ərazilərdə təchizatın bərpası istiqamətində işlər davam etdirilir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO