"Namazov" filminin treyleri yayımlanıb - Video

"Namazov" filminin treyleri yayımlanıb - Video

Hazırda oxunan: "Namazov" filminin treyleri yayımlanıb - Video

635299

Qarabağ müharibəsindən bəhs edən "Namazov" filminin treyleri yayımlanıb.

Bizim.Media xəbər verir ki, Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Elçin Hüseynbəylinin hekayəsi əsasında çəkilən filmin ssenari müəllifi və quruluşçu rejissoru Xəyal Rzadır.

Filmin çəkilişləri Şabran rayonunun Pirəbədil, Çinarlı, Qorğan kəndlərində və Bakı şəhərində həyata keçirilib.
 

Ekran əsərində komandir obrazını Xalq artisti Məmməd Səfa, Namazov obrazını isə Bələdiyyə Teatrının aktyoru Toğrul Rza canlandırıb. Filmin quruluşçu operatoru Məmməd Əmindir.


“Khayali Media” şirkətinin istehsalı olan qısametrajlı bədii filmin ilin sonunadək təqdim ediləcəyi bilrilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO