Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) daimi nümayəndəsi Kamil Xasiyev Rəhbərlər Şurasının sentyabr iclasında iştirak edib və nüvə təhlükəsizliyinin əhəmiyyətini qabardıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Avstriyadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Azərbaycanın təyin olunmuş Daimi Nümayəndəsi səfir Kamil Xasiyev BAEA Rəhbərlər Şurasındakı bəyanatında nüvə və radiasiya təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb və bu sahədə milli potensialın gücləndirilməsində agentliyin dəstəyini təqdir edib", - məlumatda bildirilib.
Qeyd edək ki, Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyində (BAEA / IAEA) rəsmi təmsilçiliyi Avstriyadakı daimi nümayəndəlik vasitəsilə həyata keçirilir və bu vəzifəni Azərbaycanın Avstriyadakı səfiri icra edir.
Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri və Vyanadakı beynəlxalq təşkilatlar (o cümlədən BAEA) yanında daimi nümayəndəsi Kamil Xasiyevdir.
In his statement at the @IAEA Board of Governors Amb. Kamil Khasiyev, Resident Representative-designate of Azerbaijan, highlighted the importance of nuclear and radiation safety & commended Agency’s support in strengthening national capacities in this field. pic.twitter.com/5ddmwsu6Nt
— AzEmbAustria (@AzEmbAustria) September 7, 2026
Bizim.Media

































































































