İpoteka və Kredit Zəmanət Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE

İpoteka və Kredit Zəmanət Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE

Hazırda oxunan: İpoteka və Kredit Zəmanət Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE

635255
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Osman İsmayıl oğlu Xaliyev İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib.

Bizim.Media yeni sədrin dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

İpoteka və Kredit Zəmanət Fondunun sədri dəyişdi – YENİ TƏYİNAT


Osman Xaliyev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini “İqtisadi kibernetika” ixtisası üzrə bitirib.

2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində “İdarəetmənin informasiya texnologiyası” üzrə magistratura pilləsini bitirib.

2012-2014-cü illərdə ABŞ-ın Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb. 2010-2011-ci illərdə Access Bank QSC-də əməliyyatlar üzrə mütəxəssis, 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib.

2014-2015-ci illərdə ABŞ-ın Boston şəhərində yerləşən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışmışdır.

2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib.

2020-ci ilin noyabrında Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri təyin olunub.


2021-ci ilin iyun ayının 1-dən Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib. 2025-ci ildə “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-nin idarə heyətinin sədrinə müavin təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO