
- A-
- A
- A+
Dünya
20:28 / 07.09.2026
Fransada sentyabr ayı üzrə temperatur rekordu YENİLƏNDİ
Hazırda oxunan: Fransada sentyabr ayı üzrə temperatur rekordu YENİLƏNDİ
635332
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Fransada sentyabr ayı üzrə milli temperatur rekordu yenilənib.
Bizim.Media xəbər verir ki, bu barədə Le Monde məlumat yayıb.
Nəşrin məlumatına görə, rekord göstərici sentyabrın 6-da ölkənin cənubundakı Tarn departamentinin Lavör şəhərində qeydə alınıb. Burada bazar günü havanın temperaturu +40,3°C-yə yüksəlib.
Fransada sentyabr ayı üzrə əvvəlki temperatur rekordu 12 sentyabr 2022-ci ildə Landes departamentinin Pissos kommunasında qeydə alınmışdı. Həmin vaxt temperatur +40,2°C olmuşdu.
Avqustun sonunda kontinental Fransanın 96 departamentindən 44-də tufanlar səbəbindən hava şəraiti ilə bağlı təhlükənin ikinci ən yüksək — “narıncı” səviyyəsi elan edilmişdi.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































