Moskvadan Berlindəki addıma CAVAB: Alman konsulluğu bağlanacaq

Moskvadan Berlindəki addıma CAVAB: Alman konsulluğu bağlanacaq

Hazırda oxunan: Moskvadan Berlindəki addıma CAVAB: Alman konsulluğu bağlanacaq

635315

Rusiya Xarici İşlər Nazirliyi Bonn şəhərində Rusiya Federasiyasının Baş Konsulluğunun və Berlindəki Rusiya Elm və Mədəniyyət Evinin bağlanması ilə əlaqədar sərt cavab tədbirləri görəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, sentyabrın 7-də bununla bağlı nota Rusiya Federasiyasındakı Almaniyanın müvəqqəti işlər vəkilinə təqdim edilib.
 

Rusiya Xarici İşlər Nazirliyinin qərarına əsasən, Rusiya tərəfi Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri götürür. Diplomatik nümayəndəlik 18 sentyabr 2026-cı ilədək fəaliyyətini tam dayandırmalı, əməkdaşları isə həmin tarixədək Rusiya ərazisini tərk etməlidirlər.


Bundan əlavə, Rusiya ərazisində fəaliyyət göstərən bütün Höte adına Alman mədəniyyət mərkəzlərinin bağlanması tapşırılıb. Onların alman əməkdaşları 13 sentyabr 2026-cı ildən gec olmayaraq ölkəni tərk etməlidirlər.

Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb ki, ikitərəfli münasibətlərdə gərginliyin yeni mərhələsi Almaniya tərəfinin təşəbbüsü ilə başlayıb və yaranan nəticələrə görə bütün məsuliyyət Almaniya hökumətinin üzərinə düşür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO