Bu gün günorta saatlarından başlayaraq Gəncədə hava şəraiti kəskin dəyişib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərdə yağışla müşayət olunan güclü külək əsir.
Qeyri-sabit hava şəraiti fəsadsız ötüşməyib. Güclü külək şəhərin Fikrət Əmirov parkında irigövdəli ağaclardan birini aşırıb. Xoşbəxtlikdən xəsarət alan olmasa da, parkın ərazisinə ziyan dəyib.
Hazırda əraziyə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları və canlı qüvvəsi cəlb olunub.
Yıxılmış ağacın gövdəsi və budaqları doğranaraq ərazidən daşınır. Küləyin sürəti güclü olduğundan şəhər ərazisində dəyə biləcək zərərin artacağı istsna edilmir.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu


































































































