Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Gənclər Birliyinin nümayəndələri ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Gənclik Qollarının nümayəndə heyəti arasında görüş keçirilib.
Bizim.Media AZƏRTAC-a istinadla xəbər verir ki, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov ortaq dəyərlərə, milli maraqlara, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün ən yüksək zirvədə olduğunu qeyd edib.
O bildirib ki, dövlət başçılarının siyasi iradəsi nəticəsində uğurla inkişaf edən dövlətlərarası münasibətlər bu gün dünyada nümunəvi xarakter daşıyır.
Bəxtiyar İslamov hakim partiyaların gənclər təşkilatlarının birgə fəaliyyətinin müştərək hədəflərin reallaşdırılması baxımından önəmini diqqətə çatdırıb.
AK Parti Gənclik Qollarının sədri Yusuf İbiş Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz olduğunu bildirib. Dostluq və qardaşlıq ənənələrinin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edən Yusuf İbiş gənclərin dövlətçilik dəyərlərinə sadiqliyinin və beynəlxalq platformalarda birgə fəaliyyət imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə gələcəyə yönəlik əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.


Bizim.Media

- A-
- A
- A+
Siyasət
23:23 / 07.09.2026
YAP və AK Parti gəncləri arasında görüş keçirildi - FOTO
Hazırda oxunan: YAP və AK Parti gəncləri arasında görüş keçirildi - FOTO
Hazırda oxunan: YAP və AK Parti gəncləri arasında görüş keçirildi - FOTO
635356
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































