Azərbaycanı U-15 Avropa çempionatında təmsil edəcək boksçular bəlli oldu – FOTO

Azərbaycanı U-15 Avropa çempionatında təmsil edəcək boksçular bəlli oldu – FOTO

Hazırda oxunan: Azərbaycanı U-15 Avropa çempionatında təmsil edəcək boksçular bəlli oldu – FOTO

635307

Yeniyetmə boksçular arasında U-15 Azərbaycan Kuboku keçirilib.

Bizim.Media xəbər verir ki, Federasiyadan “azertag.az”a verilən məlumata görə, yarışda 39 komandanın 97 idmançısı 17 çəki dərəcəsində mübarizə aparıb. Dörd gün davam edən turnirdə ölkənin ən güclü boksçuları müəyyənləşib.

Azərbaycan Kubokunda qalib olan idmançılar oktyabrda Türkiyənin Trabzon şəhərində keçiriləcək U-15 Avropa çempionatında milli komandanın heyətində yer alacaqlar.

U-15 Azərbaycan Kubokunun qalibləri

40 kiloqram: Hüseyn Rəhimli (Masallı)

42 kiloqram: Hümbət Almazov (Qazax)

44 kiloqram: Ələkbər Məmmədli (Tərtər)

46 kiloqram: Əlimədəd Qədirli (UGM-11)

48 kiloqram: Müslüm Ələkbərov (“Neftçi” İK)

50 kiloqram: Niyaməddin Tağızadə (“Qaradağ” İK)

52 kiloqram: Sənan Nəsibli (Qazax)

54 kiloqram: Sadiq Xəlilov (Naxçıvan MR)

57 kiloqram: Yusif Əli (Gəncə

60 kiloqram: Sunay Əzimov (DİN İC)

63 kiloqram: Nazim Qazıyev (Balakən OİK)

66 kiloqram: Rəfael Abbasov (Gəncə)

70 kiloqram: Sərxan Haxverdiyev (Gəncə)

75 kiloqram: Həsən Lütfəliyev (“Qızıl əlcək” İK)

80 kiloqram: Fərhad Əhmədli (DİN İC)

90 kiloqram: Teymur Tanrıverdiyev (“Balakən” BK)

+90 kiloqram: Hüseyn Aydəmirli (“Səbail” İK).












Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO