İlan sancması zamanı edilən BU SƏHV amputasiyaya səbəb ola bilər

İlan sancması zamanı edilən BU SƏHV amputasiyaya səbəb ola bilər

Hazırda oxunan: İlan sancması zamanı edilən BU SƏHV amputasiyaya səbəb ola bilər

635355

İlan sancması zamanı rezinlə sıx bağlamaq ətrafın amputasiyasına səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə həkim Yelena Pavlova “NEWS.ru”ya açıqlamasında bildirib. Onun sözlərinə görə, ilk növbədə qan dövranını məhdudlaşdıran dar geyimlər çıxarılmalıdır.

Həkim qeyd edib ki, ilanlar adətən insana səbəbsiz hücum etmir. Əksər hallarda sancma insanın təsadüfən ilanın üzərinə basması və ya onu əli ilə tutmağa çalışması zamanı baş verir.

Qarşılaşmanın qarşısını almaq üçün meşəyə və ya təbiətə gedərkən uzunboğaz çəkmə və ya qalın, ilanın dişləməsinin çətin olduğu şalvar geyinmək tövsiyə olunur. İlan sancmasından qaçmaq mümkün olmayıbsa, əsas məsələ sakitliyi qorumaqdır. Təcili tibbi yardım çağırılmalı və sancmanın dəqiq vaxtı yadda saxlanılmalıdır.
 

Açıqlamasında həkim xüsusilə vurğulayıb ki, sancılmış yeri rezinlə sıx bağlamaq qəti qadağandır. Bu, toxumaların ölməsinə və nəticədə ətrafın amputasiyasına səbəb ola bilər. Pavlova yaranı yandırmağın da düzgün olmadığını bildirib. Onun sözlərinə görə, istilik toxuma nekrozunu daha da ağırlaşdıra bilər.


“Zəhəri ağızla sormaq da tövsiyə edilmir, çünki bu üsul effektiv deyil və ağız boşluğundakı xırda yaralar vasitəsilə digər şəxsin zəhərlənməsinə səbəb ola bilər. Həmçinin sancılan nahiyənin ətrafında kəsiklər etmək və zərərçəkənə spirtli içki vermək qətiyyən olmaz.

Həkim sancılan ətrafın hərəkətsiz saxlanılmasını tövsiyə edib, çünki hərəkət zəhərin yayılmasını sürətləndirə bilər. Şişkinlik yarandıqda qan dövranını pozmaması üçün üzük, bilərzik və dar geyimlər varsa, çıxarılmalıdır.

Yara su və sabunla və ya antiseptik vasitə ilə yuyulmalı, üzərinə orta təzyiqlə quru və təmiz sarğı qoyulmalıdır. Zərərçəkən üfüqi vəziyyətdə tam sakitlikdə saxlanılmalı və ona bol su verilməlidir”, - həkim tövsiyələrini paylaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO