Hövsanda faciə yaradacaq MƏNZƏRƏ – Elektrik dirəyi hər an aşa bilər – VİDEO

Hövsanda faciə yaradacaq MƏNZƏRƏ – Elektrik dirəyi hər an aşa bilər – VİDEO

Hazırda oxunan: Hövsanda faciə yaradacaq MƏNZƏRƏ – Elektrik dirəyi hər an aşa bilər – VİDEO

635306

Hövsan qəsəbəsinin Bağlar massivi, 40-cı küçə ünvanı ətrafında elektrik təsərrüfatı ilə bağlı təhlükəli vəziyyət yaranıb. Ərazidəki elektrik dirəklərindən biri əyilərək ciddi təhlükə mənbəyinə çevrilib.

Bizim.Media xəbər verir ki, görüntülərdən də aydın olur ki, dirək şaquli vəziyyətini itirib, üzərindəki elektrik naqilləri isə aşağıya doğru əyilərək gərgin vəziyyətdə qalıb. Ərazidə həmçinin məişət tullantılarının olması vəziyyəti daha da narahatedici edir.
 

Sakinləri əsas narahat edən məsələ isə dirəyin küləyin təsirindən aşması və naqillərin qoparaq insanların üzərinə düşməsi ehtimalıdır. Belə bir hadisə baş verəcəyi təqdirdə elektrik cərəyanı insan həyatı üçün ölümcül nəticələr yarada bilər.


Qeyd edək ki, sözügedən dirək bundan əvvəl də bir neçə dəfə əyilib və ərazidən keçən sakinlər üçün ciddi təhlükə yaradıb. Küləkli havada isə vəziyyət daha da acınacaqlı hal alır.

Aidiyyəti qurumlara məsələ ilə bağlı sorğu göndərilib.


Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO