İrandakı müharibə enerji daşıyıcılarının qiymətlərinin artması səbəbindən amerikalı istehlakçılara 100 milyard dollara başa gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə “Watson School of Brown” analitik mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, müharibənin başladığı fevralın 28-dən etibarən benzin və dizel yanacağının bahalaşması orta statistik ABŞ ailəsinə 760 dollardan çox əlavə xərc yaradıb.
Yaxın Şərqdə neft hasilatının həcmi ilə bağlı hələ də böyük qeyri-müəyyənlik qalır. Bu amilin qarşıdakı həftələr və aylarda yanacağın qiymətlərinə təsir göstərəcəyi bildirilir.
Ukraynadakı müharibə də əhəmiyyətli təsir göstərir. Belə ki, Ukraynanın Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələr dünya bazarlarına, xüsusilə də dizel yanacağı bazarına təsir edir.
Bizim.Media

































































































