Bu ilin avqust ayında Bakı metrosunda eskalatorlar 198 dəfə dayanıb.
Bu barədə Bizim.Media-ya "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, bu halların böyük hissəsi sərnişinlərin diqqətsizliyi və müdaxilələri ilə bağlı olub.
Ötən ay 84 dəfə sərnişin müdaxiləsi, 80 dəfə – sərnişin yıxılması və 34 dəfə digər səbəblər qeydə alınıb.
Rəqəmlər göstərir ki, eskalatordan istifadə zamanı bir anlıq diqqətsizlik və qaydalara müdaxilə həm hərəkətin dayanmasına, həm də təhlükəli vəziyyətlərin yaranmasına səbəb olub.
Qurum bildirib ki, eskalatorun təhlükəsizliyi yalnız texniki sistemdən deyil, sərnişinin davranışından da asılıdır.
Bizim.Media


































































































