Bu tarixlərdə doğulmusunuzsa, böyük sərvət toplayacaqsınız

Bu tarixlərdə doğulmusunuzsa, böyük sərvət toplayacaqsınız

Hazırda oxunan: Bu tarixlərdə doğulmusunuzsa, böyük sərvət toplayacaqsınız

635353

Numerologiyada hesab olunur ki, müəyyən doğum tarixləri pul və biznes sahəsində güclü enerjiyə malikdir. Bu insanlar ənənəvi işdə çalışmaqla heç vaxt böyük sərvət qazana bilməyə bilərlər. Əsl yüksəliş isə öz şirkətlərini qurduqda və ya ideyalarını həyata keçirdikdə baş verə bilər.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, öz zəhməti ilə milyonlar qazanan insanların daha çox hansı tarixlərdə doğulduğunu təqdim edir.

Ayın 1-i, 10-u, 19-u və 28-də doğulanlar

Bu tarixlərdə doğulan insanlar uzun müddət çoxsaylı qaydalar və məhdudiyyətlər altında işləməyi sevmirlər. Onlar adətən öz yollarını müəyyənləşdirmək, qərarlarını müstəqil vermək və məsuliyyəti öz üzərlərinə götürmək istəyirlər. Bu xüsusiyyətlər onları ictimai fəaliyyət, siyasət, brendinq, idarəetmə, konsaltinq və startap sahələri üçün uyğun edə bilər.

Ayın 4-ü, 13-ü, 22-si və 31-də doğulanlar

Belə insanlar çox vaxt qeyri-adi biznes ideyaları irəli sürür və standartlardan kənar düşünürlər. Onlar üçün perspektivli sahələr arasında texnologiya, rəqəmsal marketinq, media, sosial şəbəkələr, xarici ticarət, onlayn biznes, startaplar, araşdırmalar və innovasiyalar göstərilir. Bu insanlar yeni ideya, trend və ya uğurlu tanışlıq sayəsində qəfil böyük gəlir əldə edə bilərlər.

Ayın 6-sı, 15-i və 24-də doğulanlar

Numerologiyada 6 rəqəmi gözəllik, rahatlıq, dəbdəbə, cazibə və zənginliyin simvolu hesab edilən Venera ilə əlaqələndirilir. Bu tarixlərdə doğulan insanlar gözəllik sənayesi, moda, zərgərlik, interyer dizaynı, otelçilik, qida sektoru, əyləncə, tədbirlərin təşkili, daşınmaz əmlak, konsaltinq və lüks məhsullar sahəsində biznes qura bilərlər. Onların istehlakçıların zövqünü və tələbatını yaxşı anladıqları hesab olunur.

Ayın 8-i, 17-si və 26-da doğulanlar

Bu tarixlərdə doğulan insanların maliyyə, hüquq, daşınmaz əmlak, tikinti, maşınqayırma, mədən sənayesi, inzibati idarəetmə və iri layihələrdə uğur qazana biləcəyi bildirilir. Onların uzunmüddətli plan qurmaq və təzyiq altında düzgün qərarlar vermək bacarıqlarının yüksək olduğu hesab edilir. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO