Komaya düşən Əməkdar artistin SON DURUMU

Komaya düşən Əməkdar artistin SON DURUMU

Hazırda oxunan: Komaya düşən Əməkdar artistin SON DURUMU
635235
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadənin hazırki vəziyyəti açıqlanıb. 

TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 1931-ci il təvəllüdlü şəxs 02.09.2026-cı il tarixində saat 00:30 radələrində ağır vəziyyətdə Nizami Tibb Mərkəzinin Reanimasiya şöbəsinə hospitalizasiya olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Əməkdar artist komaya düşdü – FOTO


Baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Qeyd edilib ki, hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağır stabil qiymətləndirilir.

Xatırladaq ki, uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 2-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO