ABŞ rəsmiləri ilə birlikdə Kiyevə danışıqlara gələn avropalıların ADLARI açıqlandı

ABŞ rəsmiləri ilə birlikdə Kiyevə danışıqlara gələn avropalıların ADLARI açıqlandı

Hazırda oxunan: ABŞ rəsmiləri ilə birlikdə Kiyevə danışıqlara gələn avropalıların ADLARI açıqlandı

635324

Sentyabrın 6-da ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə danışıqlar aparmaq üçün Kiyevə Fransanın Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Emmanuel Bonn, Almaniya kansleri Fridrix Mertsin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Ginter Zautter və Böyük Britaniyanın Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Conatan Pauell gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə “Le Monde” yazıb.
 

Nəşr qeyd edib ki, onların danışıqlarda iştirakı əhəmiyyətli olub. Bununla yanaşı, qəzet vurğulayıb ki, avropalılar mürəkkəb vəziyyətdədir. Belə ki, Avropa ölkələri ilə Moskva arasında münasibətlərdə gərginlik yüksək olaraq qalır, Rusiya ilə danışıqların necə aparılacağı məsələsi isə hələ də həllini tapmayıb.


“Avropa ölkələrinin tam iştirakı olmadan Avropanın təhlükəsizliyinin gələcəyini müzakirə edə bilmərik», — deyə Fransanın nümayəndələrinə yaxın mənbə bildirib.

Qeyd edək ki, sentyabrın 6-da Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqlar aparmaq üçün ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Kiyevə gəlib. Onlar Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO