“Neftçi” yeni transferini açıqladı

“Neftçi” yeni transferini açıqladı

Hazırda oxunan: “Neftçi” yeni transferini açıqladı
635333
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Neftçi" yeni hücumçu transfer edib.

Bizim.Media xəbər verir ki, klubdan verilən məlumata görə, "ağ-qaralar" Finlandiyanın "Qnistan" klubundan nigeriyalı Adeleke Akinyemini sıralarına qatıb.

Buna qədər Avropanın müxtəlif liqalarında çıxış etmiş mərkəz hücumçusu xüsusilə də son 3 ildə yüksək inkişaf göstərib.
 

İki il əvvəl Finlandiyada "İlves"lə gümüş medal qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə edən Adeleke, sözügedən çempionatda "Qnistan"ın heyətində bu mövsüm 22 oyunun hər birində meydana çıxıb.


2017-ci ildə Latviya yüksək liqasının ən məhsuldar futbolçusu olan forvard "Qnistan"da 13 qolla bombardir olub.

28 yaşlı futbolçu bu gün tibbi baxışdan keçdikdən sonra "Neftçi" ilə 2+1 illik müqavilə bağlayıb. O, "Neftçi"nin heyətində 26 nömrəli formanı geyinəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO