Fernando Alonso Formula 1 Azərbaycan Qran-Prisində yeni rekorda imza atdı

Fernando Alonso Formula 1 Azərbaycan Qran-Prisində yeni rekorda imza atdı

Hazırda oxunan: Fernando Alonso Formula 1 Azərbaycan Qran-Prisində yeni rekorda imza atdı

78915

“Alpine” komandasının pilotu Fernando Alonso Formula 1 Azərbaycan Qran-Prisində yeni rekorda imza atıb.

Bizim.Media xəbər verir ki, ispaniyalı pilot Bakı mərhələsində çıxış etməklə ən uzun karyeraya malik sürücü adına yiyələnib.

İspaniyalı pilot Formula 1-də 2001-ci ilin martında debüt edib. “Renault”, “McLaren” və “Ferrari” komandalarının sabiq sürücüsü Azərbaycan Qran-Prisində 21 il 3 ay və 8 gününü tamamlayıb.

Əvvəlki rekord isə artıq karyerasını başa vurmuş yeddiqat dünya çempionu Mixael Şumaxerə məxsus idi.

Qeyd edək ki, F.Alonso ikiqat dünya çempionudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO